37
13:27
27 Noyabr 2015

Mövlud Çavuşoğlu Nardarandakı hadisəni terror kimi qiymətləndirib

“Dünən Azərbaycanda baş verən terror hadisəsində iki polisin ölümü ilə bağlı Azərbaycana başsağlığı veririk”.

APA -nın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanla Türkiyə arasında bu sahədə də işbirliyi var: “Biz Azərbaycana bu məsələdə də dəstək göstərəcəyik. Təəssüf ki, Türkiyənin belə bir təcrübəsi var. Ümid edirik ki, Türkiyə və Azərbaycanda bir də terror olmayacaq”.