71
05:30
26 Noyabr 2015

İbrahimoviç: "Qvardiola adam deyil"

İsveç millisinin və PSJ-in futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə qalmaqallı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, CNN-ə müsahibəsində çalışdığı baş məşqçilərdən danışan 34 yaşlı forvard Xosep Qvardiola haqda deyib: "Onun barəsində çox danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, Qvardiola adam deyil".

İbrahimoviç karyerası ərzində çalışdığı ən yaxşı məşqçilərin Joze Mourinyo və Karlo Ançelotti olduğunu söyləyib: "Ançelotti möhtəşəm məşqçi və gözəl insandır. Mourinyo isə dərin zəkaya sahibdir".