46
19:11
24 Noyabr 2015

Səməd Seyidov və Aqiyə Naxçıvanlı rektorluqdan azad olundular

Prezident İlham Əliyev Səməd İsmayıl oğlu Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az -ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, S.Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilib.

Prezidentin başqa sərəncamiyla isə Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.