34
13:36
20 Noyabr 2015

Bakıda evdə partlayış olub: xəsarət alan var

Nəsimi rayonunda mənzildə partlayış baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə mənzilin qapı və pəncərə çərçivələri dağılıb, orada təmir işləri aparan Bakı şəhər sakini Yuri Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.