22
04:37
08 Noyabr 2015

Saakaşvilidən şok bəyanat: “Dövlət aparatı dağılacaq”

Ukraynada məmurlara münasib maaşların verilməsinə başlanmasa, dövlət aparatı yaxın aylar ərzində dağılacaq.

APA -nın məlumatına görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Ukraynada dövlət aparatı demək olar ki, dağılıb: “O, artıq nüfuzunu itirib. Hətta artıq oğurlaya da bilmir. Büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır”, deyə M.Saakaşvili bildirib.

“Əgər yaxın 5-6 ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, “qara deşik”lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic vəziyyətinə düşəcək”, M.Saakaşvili əlavə edib.