24
21:26
31 Oktyabr 2015

Ağdamda sələmçi qadını boğub öldürdülər

Ağdamda 58 yaşlı qadın boğularaq qətlə yetirilib.

APA-nın Qarabağ müxbirinin verdiyi xəbərə görə, hadisə Ergi düzü adlanan ərazidə baş verib. Ağdamın Güllücə kəndindən məcburi köçkün Bəşirova Südabə Hüseyn qızının meyiti tibbi ekspertiza üçün Bərdəyə aparılıb. Ağdam Polis Şöbəsi və Ağdam Rayon Prokurorluğunun əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

G. Bəşirovanın sələmçiliklə məşğul olduğu bildirilir.