25
13:40
31 Oktyabr 2015

Telefon oğurlayan qadın tutuldu - LÖKBATANDA

Lökbatanda ticarət mərkəzində cinayət hadisəsi baş verib. Lent.az -ın Daxili İşlər Nazirliyinə istindaən məlumatına görə, oktyabrın 30-da Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Gülbahar Cəfərovanın mobil telefonu oğurlanıb.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gədəbəy rayon sakini Heyran Məmmədova saxlanılıb.