30
13:16
31 Oktyabr 2015

DİN Qazaxdakı qətllə bağlı MƏLUMAT yaydı

Daxili İşlər Nazirliyi Qazaxda baş verən qətllə bağlı məlumat yayıb.

Lent.az -ın nazirliyin saytına istinadən məlumatına görə, oktyabrın 31-də Qazax rayonunun Aşağı Salahlı kəndində kənd sakini Ərəstun Hacıyev münaqişə zəminində həmkəndlisi İlyas Veysəlova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. İ.Veysəlov hadisə yerində öüb.

Qazax RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.