50
10:13
31 Oktyabr 2015

Kamran oynadı, komandası yenə məğlub oldu

Milli komandamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi “Karşıyaka” Türkiyə PTT 1-ci liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, izmirlilər “Adanaspor”un qonağı olub.

Milli oyunçumuz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olsa da, komandasının məğlubiyyətinə əngəl ola bilməyib. Adanalılar 85-ci dəqiqədə Sami Can Keskinin vurduğu qolla qarşılaşmadan qalib ayrılıb.

Bu nəticədən sonra 10 oyundan 9 xal toplayan “Karşıyaka” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.