24
23:29
30 Oktyabr 2015

İŞİD-ə qoşulmuş azərbaycanlı qızla bağlı yeni məlumat yayıldı

Türkiyənin Daxili İşlər Nazirliyi axtarılan İraq-Şam İslam Dövləti (İŞİD) terrorçuları ilə bağlı açdığı internet saytını yeniləyib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, qırmızı, mavi, yaşıl, narıncı və boz rənglərdən ibarət olan siyahılarla axtarılan terrorçular arasında İŞİD üzvlərinin adları qırmızı və mavi siyahıda yer alıb. Polis tərəfindən axtarılan İŞİD üzvlərinin yaşlarının aşağı olması isə xüsusi diqqət çəkib. Siyahılarda yer alan İŞİD nümayəndələrinin ən böyüyü 33 yaşında ikən doğum tarixlərinə nəzər saldıqda, İŞİD üzvlərinin orta yaşlarının 24 olduğu görünür.

Ən kiçik İŞİD üzvü 19 yaşlarındakı Mehmet İşik və Merve Dündardır, ən böyuk yaşlı üzvlərdən 33 yaşlı İlhamı Balının adı qırmızı siyahıda yer alıb.

Polis tərəfindən mavi siyahı ilə axtarılan İŞİD üzvləri arasında həmçinin 1994-ci il təvəllüdlü 4, 1993 təvəllüdlü 3 terrorçu var. İŞİD üzvlərinin siyahısında yer alan əslən Azərbaycandan olan Ülkər Məmmədova 1987-ci ildə anadan olub. Onun adı mavi siyahıdadır.