19
22:53
30 Oktyabr 2015

Yaşayış binasında sayğaclar yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində pilləkan qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.