66
12:48
30 Oktyabr 2015

Fədayə Laçın köhnə imicinə qayıdıb

Müğənni Fədayə Laçın yenidən köhnə imicinə qayıdıb. Lent.az -ın məlumatına görə, “10-dan sonra” verilişinə qonaq olan müğənni bildirib ki, onun yeni imici bir çox insanların ürəyincə olmayıb: “Səs çoxluğu topladım və uzun saç qoydurdum. Sonra heç kimin xoşu gəlmədi. Hamı dedi, məni qısa saç cavan göstərir. Özüm də gördüm ki, uzun saçla yaşlı görünürəm. Bir həftədən sonra getdim çıxartdırdım. İndi buna görə də məni qınayırlar. Amma fikir vermirəm, mənə nəyin yaraşdığını görürəm. Mənim saçlarım bundan da qısa olub”.

Qeyd edək ki, F.Laçın bir həftə öncə saçlarını uzatmışdı.