47
12:30
30 Oktyabr 2015

DİN Fuad Hadıyevin ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi “Qaya” mətbuat yayımı şirkətinin əməkdaşı Fuad Hadıyevin ölümü ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 29-da paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində inşası başa çatmamış tikilinin lift şaxtasında sentyabrın 20-dən itkin düşmüş Fuad Hadıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Araşdırmalar aparılır.