35
11:35
30 Oktyabr 2015

APA TV-də “Həyat dərsi”

APA TV-də yeni layihə efir həyatına başlayır. “Həyat dərsi” adlı layihənin məqsədi elm, musiqi, ədəbiyyat sahəsində öz sözünü demiş görkəmli sənətkarların, imza sahiblərinin həyat təcrübəsini tamaşaçılarla bölüşməkdir. Proqramın qonaqları zirvəyə gedən yolda qazandıqları təcrübədən danışır, həyatdan aldıqları dərsləri dəyərləndirirlər. Proqramın ilk qonağı görkəmli sənətkar, muğam ustası, xalq artisti Alim Qasımov olacaq. Qərənfil Xəlilovanın təqdim etdiyi veriliş ayda iki dəfə efirə gedəcək.