27
05:29
30 Oktyabr 2015

Abşeronda taksi sürücüsünü ölümcül döydülər

Abşeron rayonunda qanlı hadisə baş verib. APA -nın məlumatına görə, naməlum şəxs Mehdiabad qəsəbəsi ərazisində taksi sürücüsü 34 yaşlı Xəqani Hacıyevə hücüm edib. Dəmir parçası ilə silahlanan naməlum şəxs Xəqani Hacıyevə çoxsaylı zərbələr endirəndən sonra hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi başlanıb.

Araşdırmalar aparılır.