31
12:13
29 Oktyabr 2015

Yağış və qar - Sabah

Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.