28
11:13
29 Oktyabr 2015

“Gələcək Naminə” intellektual bilik yarışları keçirir

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasını uğurla davam etdirir. Lent.az -ın verdiyi məlumata görə, layihənin məqsədi gənclərin bilik və dünyagörüşünün artırılmasından, gənclərin komanda halında işləməyinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə və universitetə qəbul imtahanına hazırlaşan şagirdlərin motivasiya olunmasına dəstək göstərilməsindən ibarətdir.

Layihə çərçivəsində Ağcabədi şəhərində keçirilməsi nəzərdə tutulan 5 tədbirdən ikincisi 7 saylı tam orta məktəbdə baş tutub. Tədbirdə 7 saylı və 11 saylı məktəblərin komandaları arasında bilik yarışları keçirilib. İntellektual bilik yarışında "Dəniz", "Uran", "Zirvə" və "Günəş" komandaları yarışıblar və 7 saylı məktəbin "Zirvə" komandası finala vəsiqə qazanıb.

Qeyd edək ki, sonda yekun final yarışı keçiriləcək və qalib komandalar mükafatlandırılacaq.