25
11:13
29 Oktyabr 2015

Bakıda 17 yaşlı oğlanı hədələyənlər yaxalandı

Bakıda quldurluq əməli törətmiş 3 nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Şərifzadə küçəsində Qazax rayon sakini, 1997-ci il təvəllüdlü Elşad Mustafayev, Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Xıdır Eldarov və 2000-ci il təvəllüdlü Firuz Əlimədətov 1998-ci il təvəllüdlü Əjdər Əzizlini bıçaqla hədələyib 500 manat pul tələb etdiklərinə görə yaxalanıblar.

Araşdırma aparılır.