53
11:05
29 Oktyabr 2015

Ayan İsrailə getdi: "16-cı əsrə döndüm"

Müğənni Ayan Babakişiyeva anası və qızı ilə birlikdə İsrailə yollanıb.

Lent.az -a açıqlama verən ifaçı bildirib ki, İsraili xeyli gəzib: "Sabah yolumuz Yerusəlimədir. Hər bir şəhərin tarixi məkanlarını dolaşırıq. Bu səfər həyatımda başqa bir iz qoydu. Sanki 16-cı əsrə döndüm. Özümü orta əsrdə yaşayan biri kimi hiss etdim. Bundan öncə də İsraildə olmuşam. Amma vaxt tapıb, bu qədər gəzmək nəsib olmamışdı. Sanki doğma məskənimdəymiş kimi, özümü rahat hiss edirəm. Bəlkə də özümü belə xoşbəxt hiss etməmişdim. Ailəm yanımdadır, heç kim üçün darıxmıram".