33
10:23
29 Oktyabr 2015

Bəxtiyar Əliyevin Bərdədə görüşləri davam edir

Milli Məclisə keçirilən seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevin Bərdədə seçicilər ilə görüşləri davam edir. Lent.az -ın məlumatına görə, görüşdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

B.Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib. Çıxış edən seçicilər onun namizədliyini dəstəklədiklərini bildiriblər.


Görüşün sonunda sakinlər B. Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb. Xatırladaq ki, B. Əliyev bundan əvvəl Bakının Xətai, Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna , Mehdiabad qəsəbələrində məskunlaşmış seçiciləri ilə də görüşüb. Deputatlığa namizədin görüşləri davam edəcək.