32
04:10
29 Oktyabr 2015

ABŞ-da ticarət mərkəzində atışma: yaralananlar var

ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) ticarət mərkəzində naməlum şəxs atəş açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı xəsarət alanlar olsa da, onların sayı haqqında dəqiq məlumat verilmir.

Şahidlərin bir qismi 3 nəfərin, digərləri isə 2 nəfərin yaralandığını, on dəfəyədək atəş səsi eşidildiyini bildirib.