72
00:48
29 Oktyabr 2015

ABŞ-da hərbi dirijabl yerə düşdü

ABŞ-da hərbi dirijabl qəzaya uğrayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Pensilvaniya ştatında qeydə alınıb.

Məlumata əsasən, diametri 34 m olan dirijabl hava kəşfiyyatı həyata keçirmək üçün raket əleyhinə radarlarla təchiz olunub.

Dağıntı və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.