53
22:15
28 Oktyabr 2015

Paralimpiyaçılarımız “Rio-2016” Olimpiadasına 11 lisenziya qazanıb

Azərbaycan idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına növbəti lisenziya qazanıblar.

Lent.az -ın “azərtac”-a istinadən məlumatına görə, Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatının 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan idmançımız Yelena Çebanu gümüş medal əldə edib. Bununla, atletimiz “Rio-2016” Paralimpiya Oyunlarına birbaşa lisenziyanı təmin edib. Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin qazandığı 11-ci lisenziyasıdır.

Yelena Çebanudan əvvəl nizətullama yarışlarında İradə Əliyeva, uzunluğa tullanmada Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.