32
17:27
28 Oktyabr 2015

Kəmaləddin Heydərov Monteneqronun baş nazirini qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Lent.az -ın naziriyin saytına istinadən məlumatına görə, nazir Kəmaləddin Heydərov qonağa ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Monteneqronun Baş naziri Milo Cukanoviç öz növbəsində bildirib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması sahəsində də Azərbaycanla əməkdaşlığın böyük potensialı vardır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.