71
12:29
28 Oktyabr 2015

Yağış yağacaq – Sabahın havası

Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, sabah havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 12-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-12, gündüz 12-16 dərəcə, dağlıq rayonlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.