31
04:22
28 Oktyabr 2015

ABŞ-ın İraq və Suriyadakı hərbi əməliyyatları çox çəkməyəcək

ABŞ hakimiyyətinin İraq və Suriyada terrorçulara qarşı uzunmüddətli hərbi əməliyyat aparmaq niyyəti yoxdur. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Erik Şuts bildirib.

Şults prezident Barak Obamanın bu barədə dəfələrlə dediyini qeyd edib.

Bu arada ABŞ müdafiə naziri Eşton Karter Amerika Senatında dinləmələr zamanı parlamentariləri İŞİD-lə savaşan Suriya müxalifətinin dəstəklənməsinin vacibliyini vurğulayıb.

O həmçinin qeyd edib ki, ABŞ Suriyada öz kursunu dəyişmək niyyətində deyil. Nazir terrorçuların mövqelərinə zərbələrin sayının artırılacağını istisna etməyib.