44
20:42
27 Oktyabr 2015

Azərbaycan idmançısı dünya rekordunu vurdu

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə idmançısı İradə Əliyeva Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli Dünya Çempionatında nizə atma idman növündə 44.18 m nəticə ilə dünya rekordu vuraraq dünya çempionu adına layiq görülüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Lent.az -a verdiyi xəbərə görə, beləliklə İradə Əliyeva Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Beləliklə Azərbaycan Paralimpiya Komitəsi 10-cu lisenziyasını qazanmış olub.

Cüdo

Ilham Zəkiyev +100kq

Səbinə Abdullayeva 57kq

Ramil Qasımov 73kq

Bayram Mustafayev 60 kq

Üzgüçülük

Dmitri Saley

Roman Saley

Pouerliftinq

Elşən Hüseynov

Atletika

Əliyev Kamil

Elçin Muradov

Iradə Əliyeva