39
11:13
28 Oktyabr 2015

Akif Çovdarovun oğluna töhmət verildi, işdən çıxarıldı - YENİLƏNİB

MTN generalının oğluna töhmət verilib

Azərbaycan Milli Məclisindən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarovun işdən çıxarılmasına rəsmi aydınlıq gətirilib.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA -ya bildirib ki, Ruslan Çovdarov ötən gün öz ərizəsi ilə işdən çıxıb.

R. Çovdarov MM aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri vəzifəsində işləyirdi.

Qeyd edək ki, işdən çıxmazdan bir neçə gün əvvəl R. Çovdarova işə davamiyyətsizliyinə və intizamsızlığa görə töhmət verilmişdi.

**

18:49

MTN-in idarə rəisi, eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.

Lent.az -ın məlumatına görə, bu barədə virtualaz.org saytına məlumatlı mənbə bildirib.

Hazırda Milli Məclisin aparatında Akif Çovdarovun qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə Lent.az -a açıqlamasında iş gününün sonu olduğu üçün xəbəri tə təsdiq, nə təkzib edib, bu barədə sabah açıqlama verəcəyini bildirib.