37
17:48
27 Oktyabr 2015

İlham Əliyevdən Pakistan və Əfqanıstan prezidentlərinə başsağlığı

Prezident İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Prezident İlham Əliyev eləcə də, pakistanlı həmkarı Məmnun Hüseynə də başsağlığı verib.