32
13:39
27 Oktyabr 2015

Ev əşyalarını oğurlayan qardaşlar tutulub

Oktyabrın 23-də Pərvanə Novruzovanın evindən 4 ədəd televizor, 2 ədəd qədim samovar, boş seyf və digər məişət əşyaları oğurlamış Gəncə şəhər sakinləri Rufan Məhərrəmov, Sultan Əliyev və qardaşı Emin tutulub.

Lent.az -ın Daxili işlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Məhəmmədəli Novruzova məxsus evdən 2 ədəd televizor, soyuducu, əntiq əşyalar və digər məişət əşyaları oğurlamaları da müəyyən edilib.