80
12:25
05 İyun 2017

Gözəllik salonunda cinayət törətmiş qadın tutuldu

Abşeronda qadının pulunu oğurlamış həmcinsi tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İyunun 5-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarından birində Bakı şəhər sakini Cəmilə Mirzəliyə məxsus içərisində 20 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə təhvil verilib.