41
05:45
27 Oktyabr 2015

Avropanın ən məhsuldar futbolçuları - SİYAHI

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, siyahıya "Şaxtyor" (Donetsk) klubunun futbolçusu Aleks Teyşeyra başçılıq edir.

Braziliyalı futbolçu Ukrayna Premyer Liqasında keçirdiyi 11 oyunda 16 dəfə rəqib qapılarına yol tapıb. "Bavariya"nın hücumçusu Robert Levandovski və Dortmund "Borussiya"sının forvardı Pyer-Emerik Obameyanq hərəyə 13 qolla ikinci-üçüncü pillələri bölüşdürür.

Maraqlıdır ki, dünyanın ən yaxşı iki futbolçusu olaraq göstərilən "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo və "Barselona"nın forvardı Lionel Messi siyahıda yer almayıb. Ronaldo cari mövsüm 7, Messi isə cəmi 3 qol vura bilib.

1. Aleks Teyşeyra ("Şaxtyor", Donetsk, Ukrayna) - 11 oyuna 16 qol

2. Robert Levandovski ("Bavariya", Almaniya) - 9 oyuna 13 qol

3. Pyer-Emerik Obameyanq ("Borussiya", Dortmund, Almaniya) - 10 oyuna 13 qol

4. Nemanya Nikolis ("Legiya", Polşa) - 13 oyuna 15 qol

5. Ander Uoteruort ("Linfild", Şimali İrlandiya) - 11 oyuna 12 qol

6. Ferhan Hasani ("Şkendiya", Makedoniya) - 9 oyuna 11 qol

7. Dirk Kuyt ("Feyenoord", Hollandiya) - 11 oyuna 11 qol

8. Ceymi Vardi ("Lester Siti", İngiltərə) - 10 oyuna 10 qol

9. Tomas Müller ("Bavariya", Almaniya) - 10 oyuna 10 qol

10. Dario Lezkano ("Luzern", İsveçrə) - 8 oyuna 9 qol

11. Conatan Soriano ("Zalsburq", Avstriya) - 9 oyuna 9 qol

12. Armin Hodziç ("Dinamo", Zaqreb, Xorvatiya) - 9 oyuna 9 qol

13. Mixal Duris ("Viktoriya", Çexiya) - 9 oyuna 9 qol

14. Omar Er Rafik ("Differanj", Lüksemburq) - 9 oyuna 9 qol

15. Neymar ("Barselona", İspaniya) - 8 oyuna 8 qol