41
20:43
26 Oktyabr 2015

Əfsanəvi futbolçuya vəzifə veriləcək

İtaliyalı əfsanəvi futbolçu Françesko Totti karyerasını bitirdikdən sonra da “Roma”dan ayrılmayacaq. Apasport.az saytının “footballitalia”ya istinadən məlumatına görə, cari mövsümün sonunda butslarını “divardan asmağ”ı planlaşdıran kapitana klub daxilində vəzifə təklif ediləcək.

39 yaşlı futbolçunun klubda hələlik hansı postu tutacağı açıqlanmayıb, ancaq onun böyük ehtimalla texniki direktor kimi fəaliyyət göstərəcəyi bildirilir.