34
13:19
26 Oktyabr 2015

Bakıda qadın yol qəzasının qurbanı oldu

Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 24-də saat 23 radələrində Suraxanı qəsəbəsində qəsəbə sakini Xəyal Əzizli idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.