63
12:11
26 Oktyabr 2015

Röyadan ŞOK açıqlama: "...məni görən kimi rəngi qaçır"

“Mən oğluma həm ata, həm anayam”. Lent.az -ın məlumatına görə, bu sözləri “Hər şey daxil” verilişinə qonaq olan müğənni Röya Ayxan deyib. O, oğlunun ərköyün olmasından danışıb: “Oğlum əqrəb bürcündəndir. Yazıq onun sevgilisinin halına. O, sevgilisindən ayrılanda hirsini çıxmaq üçün qıza nələr edəcək. Əqrəb bürcündən olan oğlanlar sərt olur. Onun hələ altı yaşı var. Hələ söz demirəm. Amma bir müddət sonra ona baxarsınız. Məndən çox qorxur. Mən oğlum üçün evdə həm ata, həm anayam. Ona görə də kənardan məni görən kimi rəngi qaçır.

Qeyd edək ki, müğənni Röya Ayxan 2008-ci ildə Anar Cəlilov adlı bəylə ailə qurub. Cütlüyün həmin evlilikdən 2009-ci il oktyabrın 25-də Hüseyn adlı övladları dünyaya gəlib. 2014-ci ildə isə boşanıblar. R.Ayxan A.Cəlilovun ikinci həyat yoldaşı olub.