27
11:42
26 Oktyabr 2015

Xətai sakinləri Xatirə Bulağına görə kömək istəyir - FOTO

Bakının Xətai rayonunda yerləşən şəhid Sənan Əliyev adına Xatirə Bulağı yararsız vəziyyətdədir. Bu barədə Lent.az -a Sarayeva küçəsinin sakinləri məlumat verib. Onların sözlərinə görə, “Bazar Store”la üzbəüz yerləşən bulaq düz ana yolun kənarında yerləşir.

Sakinlərin istəyi odur ki, Xətai Rayon İcra Hakimiyyəti və ya bu işə məsul digər qurumlar bulağın ən azından şəhidin ruhuna hörmət olaraq təmir etdirilsin, insanların xidmətinə versinlər.