27
14:51
25 Oktyabr 2015

Zaqatalada tövlə, Lənkəranda ev yanıb

Zaqatala rayonun Muxax kəndində (rayon mərkəzindən 8 km aralı) güclü yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və içərisinə yığılmış 30 ton ot bağlamasının 18 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran rayonunda da yanğın olub. Separadi kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.