35
22:09
24 Oktyabr 2015

Heydər Əliyev Mərkəzi mavi rəngə boyandı

Heydər Əliyev Mərkəzi BMT-nin 70 illik yubileyi münasibətilə keçirilən “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində mavi rəngdə işıqlandırılıb.

Lent.az -ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 45-dən çox ölkədə 150-dən artıq bina, muzey, körpü və s. memarlıq abidəsinin qoşulduğu aksiya Mərkəzdə Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə İdarə Heyətinin əməkdaşlığı nəticəsində reallaşıb.

BMT Günü münasibətilə bu qlobal kampaniya Yeni Zelandiyadan başlayıb, Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edib.

Heydər Əliyev Mərkəzi bu aksiyaya qoşulmaqla, həmçinin BMT prinsipləri və firavanlıq prinsiplərinə sadiqliyini nümayiş etdirmiş oldu.