17
13:51
24 Oktyabr 2015

Quldurluq və dələduzluq etmiş şəxslər tutulub

Quldurluq və dələduzluqda təqsirləndirilən Bakı şəhər sakinləri yaxalanıblar.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də İsmayıl Mehbullayevin 700 manatını quldurluq yolu ilə almış Bakı şəhər sakini Fərid Allahverdiyev tutulub.

Bakı şəhər sakini Orxan Mikayılov isə Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Ruslan Babayevin mobil telefonunu dələduzluq yolu ilə aldığı üçün tutulub.