38
23:22
23 Oktyabr 2015

UEFA-dan cəza yağışı

UEFA AVRO – 2016-nın seçmə mərhələsinin son turunda baş tutan oyunlara görə bir sıra futbol federasiyalarını cəzalandırıb.

Apasport.az qurumun rəsmin saytına istinadən xəbər verir ki, bu cəzalara səbəb baş tutan oyunlarda azarkeşlərin intizamsız hərəkətləri olub.

Belə ki, Qlazqoda baş tutan Şotlandiya – Polşa oyununda azarkeşlərin pirotexnik vasitələrdən istifadəsinə görə Polşa Futbol Federasiyası 40 min avro cərimə olunub. Polşa Futbol Federasiyası isə təşkilatçılıqda yol verdiyi nöqsanlara görə 20 min avro cərimələnib.

Vilnüsdə keçirilmiş Litva – İngiltərə oyununa görə isə ev sahibləri azarkeşlərin düzgün yerləşdirilməməsi və sektorlar arasında baş vermiş qarşıdurma yarandığı üçün 30 min avro məbləğində cəza ödəməli olacaq. İngiltərə Futbol Federasiyası isə azarkeşlərin intizamsızlıqlarına görə 15 min ödəyəcək.