64
22:18
23 Oktyabr 2015

Həbs olunmuş rəis müavininin yerinə təyinat oldu

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin bir neçə gün öncə həbs edilən sabiq rəis müavini İlqar Əliyevin yerinə təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu vəzifəyə nazirliyin Antiterror Mərkəzinin şöbə rəisi Rauf Xələfov gətirilib. Təyinatla bağlı əmr bu gün verilib.

Qeyd edək ki, həbsdə olan İlqar Əliyevin barəsində bu gün məhkəmə qərarından apelyasiya şikayəti verilib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.