77
20:57
23 Oktyabr 2015

Oğuzda qəza: maşın ağaca çırpıldı, sürücü öldü

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı –Şəki magistral yolunun Oğuz rayonu Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü İlqar İlyas oğlu İlyaslı idarə etdiyi “Chery” markalı 90-KR-371 dövlət nömrə nişanlı minik avtomobillə ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlyas İlqarlı Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsundə dünyasını dəyişən İlyas İlqarlı Maarifçi Gənclər Ictimai Birliyinin sədridir.