27
16:46
23 Oktyabr 2015

Masallıda avtomobil yanıb

Masallı rayonunda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xırmandalı kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.