44
11:08
23 Oktyabr 2015

AZAL ucuz bilet məsələsinə aydınlıq gətirdi - TERMİNAL 2 -DƏ

“Terminal 2”dən "lou-kost" biletləri əldə etmək mümkündür.


"APA-Economics"in xəbərinə görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.


“Biz hər kəsə demişik, terminal 2-dən həmin uçuşlar gedir, sərnişinlər oradan biletləri əldə ediblər. Kim ki, "lou-kost" qiymətli biletləri daha tez almaq istəyir, bir ay qabaqcadan gəlib alan biletləri əldə edir. Hər kəs yolunu bilirsə vaxtında alır”, - deyə A. Məmmədov bildirib.


Qeyd edək ki, bundan əvvəl "lou-kost" biletlərin az olduğu və bu biletləri almağın mümkün olmaması ilə bağlı narazılıqlar var idi.