45
04:54
23 Oktyabr 2015

Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi

“Yeşilçam” ulduzu Yılmaz Köksal dünyasını dəyişib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı aktyor uzun müddətdir, xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, Yılmaz Köksal 1939-cu ildə anadan olub. Karyerası boyunca 180-dən çox filmdə çəkilib. Əsasən müsbət qəhrəmanların obrazını canlandırıb. Y.Köksal bir çox ekran işinin ssenarisini də yazıb.