50
15:29
22 Oktyabr 2015

Vaşinqtondan Əsədin Moskva səfəri ilə bağlı SƏRT AÇIQLAMA

ABŞ Rusiyanı Bəşər Əsədi Moskvada yüksək səviyyədə qarşıladığı üçün sərt tənqid edib. Lent.az BBC-yə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Erik Şults gündəlik brifinqdə bildirib ki, öz xalqına qarşı kimyəvi silahdan istifadə Əsədin Moskvada qırmızı xalça ilə qarşılanması bu ölkədə siyasi keçid prosesinə ziddir.

ABŞ Dövlət Departamentinin açıqlamasında isə Vaşinqtonun Rusiyanın Suriyada hakimiyyətdə olan qüvvələrə hərbi yardım etməsindən narahatlığı ifadə edilib. Rəsmi açıqlamada qeyd edilib ki, bu proses Əsəd rejimini ürəkləndirir və ölkədə vətəndaş müharibəsini daha da şiddətləndirir.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri ilk dəfə olaraq Bəşər Əsəd ölkəsindən çıxaraq Moskvaya səfər edib. Bu günlərdə baş tutan səfər zamanı Bəşər Əsəd Moskvada ən yüksək səviyyədə qarşılanıb.