43
16:05
22 Oktyabr 2015

Azərbaycanda dəhşətli qətl: evinin qarşısında güllələdi - YENİLƏNİB 2

Ağsu rayonunda törədən qətl hadisəsinin təfərrüatları məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər sakini, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlunun həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şamxal oğlunu pul borcuna görə öldürdüyü açıqlanıb.

Saxlanılaraq istintaqa təhvil verilən, rayonda dindar kimi tanınan, bağçılıqla məşğul olan Hacı Tərlan deyib ki, tanışı Rüstəmi ona olan pul borcuna görə aralarında baş verən dava zamanı qətlə yetirib.

Məlumata görə, R. Osmanov əvvəllər Hacı Tərlanın avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərərək Ağsudan Bakıya sərnişin aparıb. Sonra R. Osmanov özünə avtomobil alaraq fəaliyyətini davam etdirməyə başlayıb. Onların arasında şərik işlətdikləri avtomobilə görə borc pul problemi yaranıb. Telefon danışığı zamanı bir-birlərini təhqir etmələri davaya səbəb olub. T. Baxışov R. Osmanovu yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarətlər alan R. Osmanov hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

*****

13:15

Daxili İşlər Nazirliyi Ağsuda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, oktyabrın 22-də Ağsu şəhərində yaşayan Tərlan Baxşıyev həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Rüstəm Osmanova xəsarət yetirib və R.Osmanov hadisə yerində ölüb.

Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi “TOZ-16” markalı tüfəng götürülüb.

*****

12:11

Bu gecə Ağsu şəhərində qətl törədilib. Lent.az -ın məlumatına görə, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlu həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şahmar oğlunu güllələyərək qətlə yetirib.

Hadisə T.Baxışovun evinin qarşısında baş verib. Saat01 radələrində hələlik dəqiqləşməmiş səbəblərdən T.Baxışov öz evinin qarşısında R.Osmanova iki dəfə atış açıb. 35 yaşlı R.Osmanov hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.