35
03:52
22 Oktyabr 2015

Bakıda 34 yaşlı qadını maşın vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Məhəmməd Hadı küçəsində avtomobil piyadanı vurub. Metronun "Əhmədli" stansiyası istiqamətində hərəkətdə olan avtomobil azyaşlı övladı ilə yolu keçmək istəyən piyada, 34 yaşlı Xuraman Abbasovanı vurub. Nəticədə Xuraman Abbasova ağır xəsarətlər alıb.

Yaralı əvvəlcə Neyrocərrahiyyə Mərkəzinə çatdırılıb. Orada ilkin tibbi yardım alan Xuraman Abbasova daha sonra təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın həkimi Loğman Məmmədov APA -ya bildirib ki, yaralı qadının vəziyyəti orta ağırdır, reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Xuraman Abbasovanın azyaşlı övladı xəsarət almayıb. Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.