44
02:08
22 Oktyabr 2015

Azərbaycanın əməkdar artistinin vəziyyəti ağırlaşdı

Səhhətində ciddi problemlər olan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovanın halı pisləşib.

Teatrşunas Əjdər Dadaşovun Anspress-ə verdiyi məlumata görə, dünən saat-22:00 radələlərində əməkdar artistin vəziyyəti ağırlaşıb. Gülnar Salmanova övladı Elçin tərəfindən 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin ilkin tibbi müayinəsinə görə, əməkdar artist Gülnar Salmanova daxili qanaxma keçirib.

Oktyabrın 19-da Gülnar Salmanovanın vəziyyəti lap ağır idi. 3 gün idi ki, nəzarətdə olub. Həkimlər lazımi köməkliyi edirlər. Əməkdar artistin dili tutulub, danışa bilmir.

Xərçəng və şəkərli diabetdən əziyyət çəkən Gülnar Salmanovanın vəziyyəti bir neçə ildir ki, ağırdır. Hələ ötən il əməkdar artist evində huşsuz vəziyyətdə tapılmışdı.