42
01:26
22 Oktyabr 2015

Anjey Kasprşik: “Prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”

“İlin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib.

Danışıqlar prosesində ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən mümkün yeni təkliflərə toxunan Anjey Kasprşik bütün təkliflərin Madrid prinsipləri çərçivəsində müzakirə edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın sonunda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılıb.